Hollivud aktyoru Alek Bolduinin Amerikanın MSNBC telekanalında apardığı tok-şou bağlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, buna homofobiya ilə bağlı ittiham səbəb olub.Eyni zamanda verilişin rəsmi bağlanma səbəbləri açıqlanmır.Qeyd etmək lazımdır ki, Bolduinin bundan öncə evi yaxınlığında fotoqrafla münaqişəsi olmuşdu. Hollivud ulduzu rəqibinin ünvanına onun qeyri-ənənəvi cinsi oriyentasiyasına işarə edən ifadə işlətmişdi.