Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin Tay Po rayonunda səkkiz mənzilli kompleksdə baş verən yanğın nəticəsində ölənlərin sayının 156-ya çatdığı bildirilir.
AZXEBER.COM xəbər verir ki, təxminən 2000 ailənin yaşadığı kompleksdə baş verən yanğın təxminən 1500 nəfəri evsiz qoyub.
Vonq bildirib ki, bu insanlardan təxminən 1000 nəfəri Honkonq Mənzil Cəmiyyəti (HKHS) tərəfindən idarə olunan müvəqqəti mənzillərdə, qalanları isə otellərdə yerləşdirilib.
Qeyd edək ki, təxminən 4600 nəfərin yaşadığı təxmin edilən kompleksdəki səkkiz mənzil binasından yeddisi alovlar içində qalıb və yanğının söndürülməsi təxminən iki gün çəkib.
Gülay










































