AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu Xıdır Mustafayev küçəsində yerləşən binanın sakinləri deyirlər ki, məhəllə faktiki olaraq "şəxsi parkinq"ə çevrilib.
Vətəndaşlar deyirlər ki, dəfələrlə müvafiq dövlət qurumlarına müraciət olunub, ancaq problem həll olunmayıb.
Ərazinin mühafizəçisi kameramızı görən kimi uzaqlaşdı. "Etalon" Hospitaldan isə sorğumuza cavab verilmədi.
O da qeyd olunub ki, əraziyə aidiyyəti qurumların əməkdaşları ilə birgə baxış keçiriləcək və müvafiq addımlar atılacaq.











































