"Hostellər xalqımızın mentalitetinə yaddır” - DİN rəsmisi

"Hostellər xalqımızın mentalitetinə yaddır” - DİN rəsmisi
SOSİAL
13:56 11.04.2017
3244

"Hesab edirəm ki, hostellər xalqımızın mentalitetinə yaddır”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri 1news.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

DİN rəsmisinin fikrincə, hostellər qeyri-yaşayış binalarında açılmalıdır.  

Qeyd edək ki, Bakıda hostel xidməti göstərən obyektə qarşı reyd keçirilib. E.Zahidov bu məsələyə də münasibət bildirib: "Sahibkar qanunları pozmayıb. Ancaq qonşuların şikayəti polisin operativ reaksiyası üçün əsas verib. Biz ilkin istintaqı aparıb, işi məhkəməyə göndərdik. Bu məsələni məhkəmə həll edəcək”. 


OXŞAR XƏBƏRLƏR