Hotel və Müalicə Mərkəzlərində növbəti sorğu keçirilib - FOTOLAR

Hotel və Müalicə Mərkəzlərində növbəti sorğu keçirilib - FOTOLAR
SOSİAL
15:03 09.10.2024
1159

Turizm xidməti keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan ŞİH-nin təşkilatçılığı ilə Hotel və Müalicə Mərkəzlərində rəy sorğusu keçirilib.

AZXEBER.COM xəbər verir ki, üç dildə-azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi Beynəlxalq Turizm Mərkəzi olan Naftalanda xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır. Həmçinin sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.

Şəhərdə istirahət edən və müalicə alan 80-ə yaxın turist sorğuda iştirak etmişdir ki, onlardan 45% yerli, 55% isə xarici turistlər təşkil etmişdir. Xarici turistlər arasında hazırda Qazaxıstandan olan turistlər 33% üstünlük təşkil edib, Rusiya 19%, Özbəkistan 12%, digər avropa və baltikyanı ölkələr isə 36% təşkil edib.

İştirak edən respondentlərin 82% -50 yaş üzəri olanlardır. Turistlərin 68% - Naftalana ilk dəfə, 32% isə ikinci dəfə və daha çox gələnlərdir.

Respondentlər arasında istirahət zamanı müalicənin keyfiyyətini əsas tutanlar - 49%, qiymət - 36%, mövsümi endirimləri 10%, digər 5% isə qeyd edənlərdir.

Pasiyentlərin 49% - dayaq-hərəkət, 29% - revmatik, 13% isə dəri, 4% uroloji və digər xəstəliklərdən əziyyət çəkənlər 13%.

Naftalan müalicəsi müddətli olduğu üçün burada 8-14 gün qalmağı planlaşdıran turistlər - 76%, 1-7 gün - 21%, digər 3% isə 15 gündən artıq qeyd ediblər.

Xidmətlərin ödənişini 60% nəğd, 40% isə kartla həyata keçirildiyini vurğulayıblar.

Sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmış, turizm obyektlərinin xidmət səviyyəsi və yerləşdirmə ilə bağlı fikrə razıyam deyənlər 90% təşkil etmişdir.

Bu gün Naftalanın abad, təmiz və səliqəli saxlanılması sualını 91% turist əla və yaxşı olaraq qiymətləndirmiş, digər 9% isə hotelə yeni gəldiyini, şəhərlə hələ tanış olmadıqlarını qeyd etmişlər.

Turizmin inkişafına mane olan nədir sualını: əyləncə və alış-veriş mərkəzinin olmaması - 48%, nəqliyyat vasitələrinin əlçatanlığı - 4%, ixtisaslı kadrların çatışmamazlığı 5%, digər 43% təşkil edib.

Xarici turistlərin 88% Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanından, 12 % isə Gəncə Beynəlxalq Hava limanından gəliblər.

Çox sevindirici haldır ki, Naftalana yenidən səfər etməyi planlaşdıranlar 98% təşkil edir, digər 2% müalicənin nəticəsindən asılı olaraq qərar verəcəklərini bildiriblər.

Sorğuda iştirak edənlər parklarda yüksəksürətli və ödənişsiz Wi-Fi-ın olmasından 95% əla və yaxşı bəndlərini qeyd ediblər. Həmçinin, turistlərin 32% "Visit Naftalan” mobil tətbiqi barədə xəbərdar olduqlarını qeyd ediblər.

Turistlərin istəkləri rus və ingilis dilini bilən mütəxəssislərin daha çox olması, idman zallarında məşqçilərin və səhər gimnastikalarının olmaması, ingilis dilində məlumatın az olması, bəzi hotellərdə hovuzların, ticarət mərkəzlərinin mövcud olmadığını bildirmişlər.

Rəy sorğularının keçirilməsi mövsümə uyğun olaraq davam etdiriləcəkdir.

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sabah" "Vikinq"lə oyunda hesabı açdı - Canlı
00:18 05.11.2026
"Sabah" "Vikinq"lə oyunda hesabı açdı - Canlı
İran Ukrayna şəhərlərini vurmaqla hədələdi
00:16 05.11.2026
İran Ukrayna şəhərlərini vurmaqla hədələdi
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
00:03 05.11.2026
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
00:00 05.11.2026
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
Sabah bir rayonda qaz olmayacaq
23:56 04.11.2026
Sabah bir rayonda qaz olmayacaq
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
23:54 04.11.2026
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
23:50 04.11.2026
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
“Tramp hələ də sizin prezidentinizdir”
23:45 04.11.2026
“Tramp hələ də sizin prezidentinizdir”
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər