Hoteldə ölənlərlə bağlı QARANLIQ MƏQAM: "Niyə zəhərləndikləri bəllidir, qeyri-etik səbəbdən deyə bilmirik"

Hoteldə ölənlərlə bağlı QARANLIQ MƏQAM: "Niyə zəhərləndikləri bəllidir, qeyri-etik səbəbdən deyə bilmirik"
SOSİAL
10:01 15.05.2024
2051
Zərərçəkənlərin ailə üzvləri TV Müsavatla əlaqə saxlayaraq, rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib.

Zəhərlənənənlərdən biri olan Cabbarlı Xəzərin yaxınları TV Müsavata bildiriblər ki, hazırda müalicəsi davam edən 2 gənc 1 saylı Klinik Xəstəxananın toksikologiya şöbəsinin reanimasiyasından çıxıblar. Onların sözlərinə görə, həkimlər də onların zəhərlənməsi ilə bağlı ilkin rəy veriblər: "Həkimlər də bildirirlər ki, sağ qalan şəxslər xəstəxanaya yerləşdirilən zaman qanlarında 75-80 faiz zəhərlənmə olub. Sağ qalanların hər ikisi - həm Cabbarlı Xəzər, həm də Cabbarlı Nicat ümumiyyətlə, spirtli içki qəbul etmirlər. Həmin gün də etməyiblər. Çaşdırıcı məqam budur ki, ortada heç bir ekspertiza nəticəsi olmadan, rəy verilmədən hadisə günü Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agenliyi zəhərlənmənin qidadan baş vermədiyini açıqladı. Hansı əsasla? Hansı araşdırmanın nəticəsinə əsaslanıb, bu açıqlama verildi?”

Ailə üzvləri bildirir ki, gənclər hoteldə balıq və göbələk yeyiblər, zəhərlənməyə səbəb də məhz həmin qidalar olub. Belə ki, digər ölən şəxslər həqiqətən spirtli içki qəbul ediblər. Müsahiblərimizin dediyinə görə, həkimlər də sonuncuların ölümündə spirtli içki faktorunu xüsusi qabardıb: "Həkimlər bildirir ki, içki içəndə qan durulaşır. Bu səbəbdən də zəhərlənmə qanlarına sürətlə yayılıb. AQTA bilərəkdən bu cür açıqlama ilə zəhərlənmənin səbəbini başqa nüanslara yönləndirir. Ortada ekspertiza rəyi yoxdursa, bu açıqlamanın məqsədi nəyə hesablanıb? Gün kimi aydındır ki, hoteli müdafiə etməyə. Dövlət qurumunun özünü açıq-aşkar bu cür birtərəfli aparması sadəcə təəssüf doğurur”.
 

Ailəsi həmçinin hadisə baş verən gün gənclərin yanında qızların olması ilə bağlı yayılanları da təkzib edir. Onların bildirdiyinə görə, əgər orada qızlar olsaydı, onlardan da kimsə zəhərlənərdi. Ən azından zəhərlənənlər barədə xəbər verərdilər. Hazırda gənclərdən ikisi – Cabbarlı Nicat və Cabbarlı Xəzər palatadadılar. Onlara mobil telefon işlətməyə icazə verilmir. Hadisə baş verən gün Xəzər Cabbarlının ürəyi üç dəfə dayanıb, onu çətinliklə həyata qaytarıblar.


İttihamlarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov isə ailənin iddialarını təkzib edib. TV Müsavata açıqlamasında İ.Kərimov zəhərlənmənin qidadan olmadığını və əllərində bunu təsdiqləyən sübutların olduğunu bildirdi. O, etik səbəblərdən dolayı zəhərlənmənin nədən qaynaqlandığını açıqlamayacağını dedi.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova isə gənclərin qidadan zəhərlənmədiyini bildirdi. Onun sözlərinə görə, zəhərlənmənin hansı səbəbdən baş verdiyi isə etik səbəblərdən, pasiyentin hüquqlarına hörmət olaraq açıqlanmır: "Qeyd olunan şəxslərin tibb müəssisəsinə müraciəti zamanı onlara zəruri tibbi xidmət göstərilib və müvafiq müayinələr təyin olunub. Qidadan zəhərlənmə şübhəsi öz təsdiqini tapmayıb. Vətəndaşın diaqnozu həkim sirri təşkil etdiyi üçün açıqlanması məqsədəuyğun hesab edilmir”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar
18:55 16.03.2025
Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar
Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü, 155 yaralı
18:37 16.03.2025
Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü, 155 yaralı
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
18:19 16.03.2025
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
Qonaq getdikləri evdə üç yaşlı uşağı cərəyan vurdu
17:47 16.03.2025
Qonaq getdikləri evdə üç yaşlı uşağı cərəyan vurdu
Yük avtomobilindən “kahı” formasında aparılan narkotik vasitə aşkar edilib
17:35 16.03.2025
Yük avtomobilindən “kahı” formasında aparılan narkotik vasitə aşkar edilib
Ukrayna XİN başçısı atəşkəs qrupunun əsas vəzifəsini açıqlayıb
17:04 16.03.2025
Ukrayna XİN başçısı atəşkəs qrupunun əsas vəzifəsini açıqlayıb
Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək
16:44 16.03.2025
Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək
Serbiya prezidenti kütləvi etirazlar fonunda istefası ehtimalından danışıb
16:32 16.03.2025
Serbiya prezidenti kütləvi etirazlar fonunda istefası ehtimalından danışıb
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
16:12 16.03.2025
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Azərbaycanda sınaq imtahanı keçirilib: Nəticələrin elan olunacağı vaxt açıqlanıb
16:05 16.03.2025
Azərbaycanda sınaq imtahanı keçirilib: Nəticələrin elan olunacağı vaxt açıqlanıb
ABŞ məhkəməsi miqrantların deportasiyasına qarşı qərar çıxarıb
15:54 16.03.2025
ABŞ məhkəməsi miqrantların deportasiyasına qarşı qərar çıxarıb
“Barselona” “Liverpul”un futbolçusunu transfer etmək niyyətindədir
15:27 16.03.2025
“Barselona” “Liverpul”un futbolçusunu transfer etmək niyyətindədir
Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var
15:14 16.03.2025
Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var
Paşinyan Azərbaycanla danışıqların başa çatması barədə Pezeşkiana məlumat verib
15:01 16.03.2025
Paşinyan Azərbaycanla danışıqların başa çatması barədə Pezeşkiana məlumat verib
Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD-ni məğlub edib
14:43 16.03.2025
Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD-ni məğlub edib
Rusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib
14:28 16.03.2025
Rusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib