Hörmüz boğazında daha bir gəmi hücuma məruz qalıb

Hörmüz boğazında daha bir gəmi hücuma məruz qalıb
DÜNYA
19:13 11.03.2026
148
Tailand bayrağı altında üzən "Mayuree Naree" gəmisi Hörmüz boğazında hücuma məruz qalıb, nəticədə gəmidə partlayış, ardınca yanğın baş verib.

Bu barədə "Reuters" agentliyi Tailandın Dəniz Departamentinə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda ekipajın 20 üzvü xilas edilib, üç dənizçi itkin düşüb.

Ekipaj Oman hərbi dəniz donanması tərəfindən xilas edilib.

Agentliyin məlumatına görə, Yaxın Şərqdə gərginliyin başlanmasından bəri hücuma məruz qalan gəmilərin ümumi sayı 14-ə çatıb.
OXŞAR XƏBƏRLƏR