Hörmüz boğazında tanker yanır

Hörmüz boğazında tanker yanır
DÜNYA
23:40 02.03.2026
161
ABŞ-nin müttəfiqi olan "Aten Nova" tankeri Hörmüz boğazında İranın iki pilotsuz uçuş aparatının (PUA) zərbəsindən sonra yanmaqda davam edir.

Bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin obyektlərinə də zərbələr endirilib. Bildirilib ki, həmin hədəflər altı PUA ilə vurulub.

SEPAH nümayəndələri qeyd ediblər ki, dəniz istiqamətində həyata keçirilən "Həqiqi vəd-4" əməliyyatının 12-ci dalğası Küveyt, BƏƏ və Bəhreyndə yerləşən ABŞ-nin stasionar və hərəkətli hədəflərinə, həmçinin Hörmüz boğazının akvatoriyasına hücumları əhatə edib.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR