İran fevralın 28-dən bəri davam edən hərbi gərginlik fonunda Hörmüz boğazı ilə bağlı mühüm qərar qəbul edib.
İranın Hindistandakı səfiri İrac Fəthali Hindistan gəmilərinə boğazdan təhlükəsiz keçid veriləcəyini təsdiqləyib.
Səfir bu qərarın yaxın bir neçə saat ərzində icra olunmağa başlayacağını bildirib.
Eyni zamanda, İranın Moskvadakı səfiri Kazem Cəlali Fransa prezidenti Emmanuel Makronun boğazın təhlükəsizliyi üçün beynəlxalq koalisiya yaratmaq ideyasına sərt reaksiya verib. O, Tehranın bölgədən kənar qüvvələrin Hörmüz boğazına müdaxiləsinə qəti şəkildə qarşı olduğunu vurğulayıb.
Xatırladaq ki, Makron boğazı yenidən açmaq üçün "tamamilə müdafiə” məqsədli missiya hazırladıqlarını və Fransa hərbi gəmilərinin bölgəyə göndəriləcəyini açıqlamışdı.
Məlumat üçün bildirək ki, martın 4-dən etibarən Tehran tərəfindən rəsmən bağlandığı elan edilən Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyası hesab olunur.