Hörmüzə öz adının verilməsini istəyir

Hörmüzə öz adının verilməsini istəyir
DÜNYA
20:39 02.09.2026
108
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının dəyişdirilməsini təklif edib.

AZXEBER.COM xəbər verir ki, o, ərazinin ABŞ-nin nəzarəti altında olduğunu və ona yeni bir ad verilə biləcəyini bildirib.

"İndi ABŞ-nin nəzarəti altında olduğu üçün Hörmüz boğazını Tramp boğazı ilə dəyişdirməməliyikmi? Amerikanın özü kimi, burada da əvvəlkindən daha isti olacaq!", - deyə Tramp sosial media platforması "TruthSocial"da yazıb.

ABŞ Prezidenti mesajını bu sözlərlə yekunlaşdırıb: "Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm".

Əvvəllər ABŞ prezidenti dəfələrlə Hörmüz boğazının xəritələrini dərc edərək onu "ABŞ ərazisi" adlandırıb.
OXŞAR XƏBƏRLƏR