“Hörümçək Adam 2”dən bir gecədə rekord satış

“Hörümçək Adam 2”dən bir gecədə rekord satış
MAQAZİN
15:17 24.10.2023
222
"PlayStation” və "Marvel Games” ilə birgə hazırlanan "Marvel's Spider-Man 2”, satışa çıxdıqdan 24 saat sonra 2,5 milyon ədəddən çox sataraq, "PlayStation Studios”un bu günə qədər ən çox satılan oyunu oldub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, oyun "Spider-Man: Miles Morales” oyunlarının davamı olaraq təqdim edilib. 

Bu oyun oyunçulara həm orijinal oyundan "Peter Parker”, həm də "Miles Morales” kimi oynamağa imkan verir. "PlayStation 5”-in unikal xüsusiyyətlərindən faydalanmaq üçün sıfırdan inşa edilən oyunun məqsədi ilk iki oyunun hərəkətini, hekayəsini və xüsusiyyətlərini böyük ölçüdə təkmilləşdirməkdir.

Aysel
OXŞAR XƏBƏRLƏR