"Hörümçək Adam: Yeni Gün" filminin çəkilişlərinə başlanılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, baş rolu Tom Hollandın oynadığı çəkilişdən görüntülər sosial şəbəkələrdə yayılıb.
Bundan əvvəl Tom Holland öz hesabında çəkilişlərə başlandığını təsdiqləyərək qəhrəmanın yeni kostyumunu nümayiş etdirmişdi.
Xatırladaq ki, "Hörümçək-adam: Yeni gün” filminin premyerası 2026-cı il iyulun 31-nə planlaşdırılıb.Layihənin rejissoru Destin Daniel Krettondur.
Aysel