Türkiyənin Milli Müdafiə Nazir Hulusi Akar Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin ailəsinin Ankaraya dəvət edib.
AZXEBER.COM xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytı ailənin Ankara səfəri ilə bağlı görüntülər yayımlayıb
"Azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyev nazirimiz cənab Hulusi Akara işğal altındakı torpaqları azad edəcəklərinə dair söz verib, son nəfəsini verərkən də "Nazir Hulusi Akara verdiyim sözə əməl etdim” demişdi. Şəhidimizin dəyərli ailəsi nazir Akarın dəvəti ilə Ankaraya gəldi”, - deyə məlumatda qeyd olunub.
Şəhid Valeh Məmiyevin ailəsi Ankarada bir sıra yerlərilə yanaşı "Anıtkabir”i də ziyarət ediblər.
Qeyd edək ki, nazir çıxışlarından birində Valeh Məmiyevlə aralarındakı dialoqdan danışmış, onun qəhramanlığından bəhs etmişdi.