Hulusi Akar: "Baydenin açıqlaması Türkiyə-Ermənistan əlaqələrinə mənfi təsir göstərəcək"

Hulusi Akar: "Baydenin açıqlaması Türkiyə-Ermənistan əlaqələrinə mənfi təsir göstərəcək"
SİYASƏT
12:56 26.04.2021
405
"ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı "soyqırımı” ifadəsinin işlətməsi tarixi reallıqları inkar və təhrif etməkdən başqa bir şey deyil”.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ Prezidenti Cozef Baydenin saxta erməni iddiası ilə bağlı bəyanatını şərh edərkən bildirib.

"Bu ifadəni işlədənlər dünya və öz tarixlərinə baxmalıdır. ABŞ rəhbərliyinin səbəbi etibarsızdır, çünki mövcud olmayan bir hadisənin təkrarı olmayacaq. 2020-ci ildə belə bir ifadə işlədilməmişdi. Belə qərar alınması üçün nə dəyişdi? Sağlam düşüncəli ABŞ xalqı nə düşünür? Erməni xalqını artıq təmsil etməyən lobbilərin iradəsi ilə qəbul edilən bu qərarın ağıl və əxlaq baxımdan izahı yoxdur. Bu qərar intellektual namus baxımından ibrətamiz bir qərar və açıqlamadır", - o deyib.

H.Akar vurğulayıb ki, tarix belə siyasi açıqlamlarla yazıla bilməz: "Tarixdən yenidən düşmənçilik və yeni qarşıdurma yaratmaq üçün istifadə qəbuledilməz və faydasızdır. Tarixi hadisələr haqq-hesab çəkmək və qarşıduma yaratmaq üçün istifadə edilməməli, siyasiləşdirilməməlidir. Belə bir vəziyyətin yaranması Türkiyə-Ermənistan və türk-erməni əlaqələri başda olmaqla bölgədə sülhün yaranmasını əngəlləyəcək, mənfi təsir göstərəcək. Bölgənin sülh və əmin-amanlığı, erməni diasporu və onu dünən olduğu kimi günümüzdə də öz maraqları üçün istifadə etməyə çalışan ölkələrin deyil, bizlərin, bölgə ölkələrinin, Türkiyənin və Ermənistanın ortaq problemidir. Türkiyə hər zaman 1915-ci hadisələri ilə bağlı mübahisələrlə bağlı müzakirələri siyasilər deyil, tarixçilər tərəfindən aparılmasının lazımi mövzu olduğunu müdafiə etmiş və ABŞ kimi müttəfiq ölkələr də daxil olmaqla üçüncü ölkələrdən də bunu gözləmişdir. ABŞ rəhbərliyi bu qərarı ilə öz rəsmi hesabatlarını, imzalarını da inkar edərək erməni diasporunun və başqalarının təzyiqlərinə boyun əymiş, ABŞ Beynəlxalq Arxivlər və Qeydlər Agentliyində "General Harbord Raporu 12” başda olmaqla mövcud məlumat və informasiyaları görməzliyə vurub. Nəhayət, yüz illərlə birlikdə təhlükəsiz və rifah içində yaşadıqları, birlikdə yaşamaq iradəsinə sahib olduqları Amerika sənədləri ilə sabit türk-erməni cəmiyyəti arasında bir dövr yaşananları "soyqırımı” olaraq qələmə vermək qəflətdir, cəhalətdir və gələcəyin təxribidir. Bu yanlış düzəldilməlidir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək