Hülusi Akar: "Naxçıvanla Zəngilan arasında kommunikasiya xətti qurulacaq"

Hülusi Akar: "Naxçıvanla Zəngilan arasında kommunikasiya xətti qurulacaq"
SİYASƏT
16:39 31.12.2020
1410
"Cənab Prezident, vaxt ayırıb bizi qəbul etdiyiniz üçün öz adımdan və nümayəndə heyətinin üzvləri adından çox təşəkkür edirik, sağ olun. Cənab Prezidentimizlə Siz mütəmadi olaraq danışırsınız, amma yenə də o, Sizə salam göndərdi. Salamlarını Sizə çatdırmaq istəyirəm. Fürsətdən istifadə edib gec də olsa, doğum gününüzü təbrik edirik, neçə belə illərə çıxasınız. Liderliyinizi, inşallah, möhkəm cansağlığı və uğurlarla davam etdirəcəksiniz".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən deyib.

"Təbii ki, burada bəzi duyğusal anlar da yaşadıq. Biz bunları unutmuruq, bu barədə dostlarımızla davamlı danışırıq. Bunlardan birincisi noyabrın 10-da saat ikidəki nitqinizdir. Həqiqətən də o, bir Zəfər nitqi idi. Bunu daim xatırlayırıq. İkinci də 30 il işğala səssiz qalıb, seyr edib, hər şey bitdikdən sonra buraya gəlib Minsk qrupu olduqlarını xatırladanlara bu masada verdiyiniz cavabı da böyük bir zövqlə, böyük bir dərs olaraq Türkiyədə izlədik. Həqiqətən də hər kəs Sizin bu qətiyyətinizdən qürur duydu.

Qarabağ Zəfərinin, Sizin də dediyiniz kimi, həqiqətən Qafqazın tarixində çox önəmli yeri var. Bu, həm Türkiyə-Azərbaycan əlaqələri baxımından dönüş nöqtəsi oldu, həm də Qafqazın gələcəyi baxımından həqiqətən çox önəmli bir addım oldu. Sizin də dediyiniz kimi, bu Zəfərin taclanması üçün, inşallah, ən qısa vaxtda Ortaq Mərkəzin fəaliyyətə başlamasından sonra Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xətti qurulacaq ki, bu da qardaşların bir-biri ilə sıx əlaqəsi – Türkiyənin, Naxçıvanın və Azərbaycanın fiziki olaraq bir-birinə bağlanması baxımından çox önəmlidir.

Təbii ki, otuz illik bu mübarizə başa çatdıqdan, torpaqların işğaldan azad olunmasından sonra, inşallah, qarşıdakı dövrdə Sizin liderliyinizlə qoyulacaq sərmayələrlə orada rifah artacaq, əmin-amanlıq möhkəmlənəcək və ora bütün bölgə üçün, Qafqaz üçün cazibə mərkəzinə çevriləcək. Azərbaycanın iradəsi ilə burada sülhün və sabitliyin təmin olunmasında Azərbaycan ilə Türkiyənin birliyi, bərabərliyi, çiyin-çiyinə çalışması həqiqətən təkcə bu gün üçün deyil, gələcək üçün də böyük perspektivlər vəd edir. İnşallah, qarşıdakı dövrdə bu qardaşlıq bir ürək, bir bilək, bir yumruq olaraq davam edəcək. Bununla da hər kəsin bura ilə bağlı planlarını yenidən nəzərdən keçirəcəyini, diqqətli olacağını düşünürük", - o bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:14 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər