Hulusi Akar şəhid Valeh Məmiyevi yad etdi - VİDEO

Hulusi Akar şəhid Valeh Məmiyevi yad etdi - VİDEO
DÜNYA
09:15 11.01.2023
317
Türkiyə milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi, baş leytenant Valeh Məmiyevi yada salıb.

AZXEBER.COM xəbər verir ki, bu, Türkiyə milli müdafiə nazirinin hərbçilərlə görüşü zamanı baş tutub.

Valeh Məmiyevin Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə "Mən xoşbəxt zabitəm ki, cənab Hulusi Akara verdiyim sözü tutdum. Təki Vətən sağ olsun!” deyərək gözlərini yumması və həkimlərin səylərinə baxmayaraq, üç gün sonra şəhid olması xəbəri Türkiyənin milli müdafiə nazirinin heç bir zaman unutmayacağı bir hadisəyə çevrilib.

Belə ki, Azərbaycan-Türkiyə birgə təlimlərinin "Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə qardaş Türkiyənin milli müdafiə naziri Valehi qiymətli hədiyyə ilə şəxsən mükafatlandırmış və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə ona uğurlar arzulamışdı. Valeh Hulusi Akara söz vermişdi ki, birgə təlimlərdə qazandığı uğurları döyüş meydanında təkrarlayacaq və bu yüksək etimadı Vətənə xidməti ilə doğruldacaq, son damla qanınadək vuruşaraq düşmən üzərində qələbə çalacaq.

Hulusi Akar görüş zaman deyib ki, "Valehə dedim ki, təlimləri yaxşı bacardınız, uğurlu oldu, amma bu böyük nailiyyət deyil, önəmli olan torpaqlar işğal altındadır, onu azad etmək lazımdır. 1 milyon insan evsiz qalıb, bunu bacarmalısan. Onun da gözləri yaşardı, bizim də. O, mənə söz verdi. Sonra illər keçdi, dedilər ki, Valeh şəhid oldu. Xəstəxanada yatarkən bizim çəkdiyimiz fotonu çıxartmış və deyib ki, Hulusi Akara söyləyin, mən sözümü tutdum”, deyə bildirib.

Qeyd edək ki, Valeh Məmiyev Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tank komandiri kimi iştirak edib. Oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb və 4 gün sonra aldığı yaradan şəhid olub. 

Ayşən
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
Bakıda havanı toz basıb: Səbəbi nədir?
13:32 22.09.2026
Bakıda havanı toz basıb: Səbəbi nədir?
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
13:27 22.09.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
13:07 22.09.2026
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
Sabah hava necə olacaq?
13:05 22.09.2026
Sabah hava necə olacaq?
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
13:03 22.09.2026
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
12:50 22.09.2026
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
12:49 22.09.2026
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
12:44 22.09.2026
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb