Hulusi Akar: "Suriyadan Türkiyəyə kütləvi köçün olmasına dair iddialar yalandır"

Hulusi Akar: "Suriyadan Türkiyəyə kütləvi köçün olmasına dair iddialar yalandır"
DÜNYA
18:36 23.02.2023
165
"Türk Silahlı Qüvvələrinin 100 hərbçisi ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində həlak olub".

Bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar "TRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri axtarış-xilasetmə tədbirləri üçün səfərbər olunub:

"Şəxsi heyətimiz böyük fədəkarlıqla işləyir".

Nazirin sözlərinə görə, Suriyadan Türkiyəyə kütləvi köçün olmasına dair iddialar yalandır:

"Amma indiyədək təxminən 30 min suriyalı vətəninə qayıdıb".
OXŞAR XƏBƏRLƏR