Hulusi Akar: "Yaşasın Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı"

Hulusi Akar: "Yaşasın Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı"
SİYASƏT
17:56 21.12.2022
237
"Türkiyə, Azərbaycan və Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın güclənəcəyinə əminəm".

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə bu əməkdaşlıqdan məmnundur: "Yaşasın Türkiyə- Azərbaycan-Gürcüstan əməkdaşlığı".

Qeyd edək ki, bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş olub.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR