Hulusi Kılıç: “Bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri Ermənistana fəlakət vəd edir”

Hulusi Kılıç: “Bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri Ermənistana fəlakət vəd edir”
SİYASƏT
16:35 06.01.2021
711
"Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və "sənədlər” imzalaması erməni quldur dəstələrinin Azərbaycan tərəfinə silahlı hücumları ilə eyni mahiyyətli bir hərəkətdir.

Hər iki hal 10 noyabr tarixli üçtərəfli Bəyanata ziddir və bütün bunlara görə baş verəcək xoşagəlməz hadisələrə görə məsuliyyəti təkcə qarşı tərəfdəki hakimiyyət deyil, bütövlükdə Ermənistan dövləti daşıyır”.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a açıqlamasında söyləyib.

Azərbaycan güclü imkanlara malik dövlət olduğunu bildirən H.Kılıç deyib:

"Ermənistan hakimiyyəti avantüradan uzaq dayanmalıdır. Anlamalıdır ki, Azərbaycan ərazi bütövlüyü ilə bağlı məsələlərdə işğalçıya heç bir güzəşt etməyəcək. Erməni rəsmi dairələrinin bəzi addımları, o cümlədən, Xarici İşlər naziri Ara Ayvazyanın Azərbaycan sərhədini qanunsuz keçməsi hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması istiqamətindəki səylərə qətiyyən uyğun gəlmir”.

O əminliklə bildirib ki, bölgədəki Rusiya sülhməramlı qüvvələri bundan sonrakı dövrdə proseslərə daha məsuliyyətlə yanaşacaq və erməni tərəfinin siyasi-hərbi təxribatları ilə bağlı ciddi ölçü götürəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb