Hülya Avşar Çağatay Ulusoya meydan oxudu - VİDEO

Hülya Avşar Çağatay Ulusoya meydan oxudu - VİDEO
MAQAZİN
12:25 21.08.2014
1176
Dünya ulduzlarının ALS-dan əziyyət çəkən xəstələrə yardım məqsədi ilə xeyriyyə aksiyası təşkil ediblər.Kampaniyada iştirak edənlərin sırasına günü-gündən daha da çox insan qatılır. Bu dəfə "Buzlu su fləşmobu"na türkiyəli müğənni Hülya Avşar da qoşulub. Müğənni həmin videonu sosial şəbəkədə yerləşdirib. İfaçı qaydalara uyğun olaraq növbəti estafeti aktyor Çağatay Ulusoya ötürüb.Qeyd edək ki, bundan öncə Türkiyədən olan məşhurlardan başına buzlu su tökən Burcu Əsmərsoy estafeti Hülya Avşar, Hadisə və Serenay Sarıkayaya yönləndirmişdi.Xatırladaq ki, Azərbaycandan isə hələ ki, bəstəkar-müğənni Emin Ağalarov kampaniyaya qatılıb. Onun başına isə əkiz övladları Əli və Mikayıl su töküb.
OXŞAR XƏBƏRLƏR