"Huma Quşu"nun təqdimatı keçirildi - VİDEO-FOTO

"Huma Quşu"nun təqdimatı keçirildi - VİDEO-FOTO
SOSİAL
18:18 03.03.2023
188
Bakı Slavyan Universitetində "Huma quşu” Təhsilə yardım fondunun təqdimatı keçirilib. 

Tədbirdə çıxış edən fondun təsisçisi və prezidenti mərhum Humay Quliyevanın anası Şəhla Vəzirova qeyd edib ki, fond beynəlxalq qurumlarda çalışan və gənc yaşda həyatını itirən Humay Quliyevanın ailə üzvlərinin təşəbbüsü ilə onun xatirəsini yaşatmaq və xeyirxah əməllərini davam etdirmək məqsədi ilə yaradılıb.

Fondun fəaliyyətinin həyata keçirilməsində Humayın qohumları, yaxın dostları və rəfiqələri könüllülük prinsipi əsasında təmənnasız şəkildə iştirak edirlər.

Fond işini genişləndirmək və imkansız gənclərin təhsilinə maliyyə dəstəyini daha böyük miqyasda təmin etmək üçün gələcəkdə müxtəlif qurumlardan və vətəndaşlardan xeyriyyə məqsədi ilə könüllü ianələrin, habelə birdəfəlik yardımların qəbul olunmasını da məqsədəuyğun sayır

Xatırladaq ki, adına fond yaradılan Humay 1985-ci il noyabrın 17-də Bakıda ziyalı ailəsində anadan olub. 2001-2005-ci illərdə Türkiyənin Bilkent universitetində (Ankara) iqtisadiyyat üzrə bakalavr təhsili alıb. Universiteti bitirdikdən sonra iki ilə yaxın Böyük Britaniyanın bp şirkətinin Bakı ofisində, İctimaiyyətlə əlaqələr departamentində çalışıb. 2007-2009- cu illərdə ABŞ-nın Kolumbiya universitetində Sosial və İqtisadi İnkişaf (Social and Economic Development) fakültəsində magistratura təhsili alıb. O 2021-ci il martın 13-də Kolumbiyada faciəli şəkildə həlak olub. 

Allah rəhmət eləsin.
 






OXŞAR XƏBƏRLƏR