S.C.Pişəvəri
adına Respublika Humanitar Fənlər Gimnaziyası 2018/2019-cu
tədris ili üçün V-VIII siniflər üzrə şagird qəbulu elan edir!!!
19 may 2018-ci il tarixdə saat10-00 Gimnaziyaya şagird qəbulu aparılacaq. Qəbul Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır.
Gimnaziya 5 günlük dərs həftəsi ilə işləyir. Dərslər səhər 08:30-da başlayır. Birnövbəlidir. Rayondan gələn şagirdlər yataqxana ilə təmin edilirlər.
Yataqxanada qalan şagirdlər gündə 3 dəfə, digər şagirdlər isə naharla təmin
olunurlar. Nahardan sonra təşkil olunan muxtəlif
sosial fəaliyyətlər, dərnəklər, klublar şagirdlərin ümumi inkişafına yönəlmişdir. 15:30-dan başlanan etüd saatlarında şagirdlər
tərbiyəçi müəllimlərin köməyi və nəzarəti
altında ev tapşırıqlarını yerinə yetirirlər. Gimnaziyada ardıcıl olaraq təhsil
səviyyəsinin yüksəldilməsi üçün müxtəlif məqsədyönlü tədbirlər həyatakeçirilir.Gimnaziyada bütün şagirdlər dövlət hesabına təhsil alır.
Gimnaziyaya sənəd qəbulu hər gün (bazar günü istisna olmaqla) saat 09:00 dan 18:00 kimi qəbul otağında aparılır.
Qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 3x4 ölçüdə 4 ədəd fotoşəkil
Ünvan: F.Yusifov 39, Nərimanov metrosunun yaxınlığı
Əlaqə: (012) 567-22-17
Qeyd: Müvəqqətiolaraq gimnaziyaya giriş Ağa Nemətulla küçəsindəndir.