Hüquq müdafiəçiləri bir qrup şəxsin həbsdən azad olunması ilə əlaqədar bəyanat yayıb

Hüquq müdafiəçiləri bir qrup şəxsin həbsdən azad olunması ilə əlaqədar bəyanat yayıb
SOSİAL
19:36 15.09.2017
1021
Hüquq müdafiəçiləri bir qrup şəxsin azad olunması ilə əlaqədar bəyanat yayıblar.
 
AZXEBER.COM- un məlumatına görə, bəyanatda deyilir: "Son günlər "Turan” İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, "Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun azadlığa çıxması, Nardaran hadisələrinə görə məhkum olunmuş 14 nəfərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəmələr tərəfindən qərarlar qəbul edilib, həmçinin bloqqer Aleksandr Lapşin Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilib. Biz Azərbaycan hüquq müdafiəçiləri bu addımları humanist yanaşma və ədalətli mühakimə hüququnun təmin edilməsinə yönəlik əməli tədbirlər kimi yüksək qiymətləndiririk.
 
Həmçinin, biz bu tədbirlərə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının praktik nəticələri kimi baxır və onları alqışlayırıq.
 
Bəyan edirik ki, bu cür addımlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına, cəza siyasətinin hümanistlərşdirilməsinə və ədalət mühakiməsi sisteminin səmərəliliyinin artırılmasına xidmət edir. Əminik ki, bu addımlar davamlı olacaq, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə öz töhfəsini verəcək.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu məsələlərlə bağlı ictimaiyyətin müraciətlərinə həssas yanaşdığına və diqqət göstərdiyinə görə təşəkkür edirik.
 
Hesab edirik ki, hüquq-müdafiəçiləri, vətəndaş cəmiyyəti, KİV və cəmiyyətin bütün təbəqələri bu təşəbbüsləri, aparılan islahatları dəstəkləməklə, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə töhfəsini verməlidir".
 
Bəyanatı Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Zəlihə Tahirova, Eldar Zeynalov, Əvəz Həsənov və Əliməmməd Nuriyev imzalayıblar.
 
apa.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
21:37 25.06.2025
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
21:18 25.06.2025
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
21:06 25.06.2025
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO