Aktrisa özü öz qadağasını pozub
Türkiyənin gündəmini uzun müddət zəbt edən aktrisa Məryəm Üzərli valideynlərini üzə çıxarıb. ANS PRESS-in məlumatına görə, gözəl aktrisa daima ailəsini, yaxınlarını gözdən uzaq saxlamağa çalışıb. Lakin bu günlərdə o özünün qaydalarını pozub.
Aktrisa ailəsinin, daha doğrusu ata və anasının fotosunu öz "Facebook" səhifəsində paylaşıb.
Məşhur sima anası Ursula ilə atası Hüseyn Üzərlinin fotosunu "Anam və atamla günəşli, sevgi dolu bir Berlin günü" şərhi ilə paylaşıb.
Qeyd edək ki, M.Üzərli Türkiyədə və dünyanın bir sıra ölkələrində "Muhteşem yüzyıl" (Möhtəşəm yüz il) serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə məşhurlaşıb. O, bir necə ay bu rolu ifa etdikdən sonra heç kimə heç bir xəbərdarlıq etmədən Almaniyaya qayıdıb. Onun bu addımı aktrisanın "tükənmişlik" sindromundan əziyyət çəkməsi ilə əlaqələndirilsə də, sonradan Üzərlinin hamilə olduğu bəlli olub.
M.Üzərli bu ilin fevral ayında Lara adlı ilk övladını dünyaya gətirib.
