Türkiyə və Azərbaycanın birgə layihəsi olan “Acıtan yürek” bədii filminin final seçim turları davam edir.Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmakın ekranlaşdıracağı “Acıtan yürek” filminin final seçim turlarında Türkiyənin məşhur aktyoru Saruhan Hünəl və “Muhteşem yüzyıl” serialında Hürrəm Sultanı canlandıran aktrisa Məryəm Üzerli də iştirak edəcək.Belə ki, artıq filmin baş qəhrəmanın adı bəllidir.Onların seçimi müxtəlif illərdə aparıcı və daha sonralar telerepartyor kimi tanınan Tural Ozan olub.Bu barədə AZXEBER.COM-a layihənin təşkilatçısı Günel Abdullayeva məlumat verib.Qeyd edək, Ezel filminin baş qəhrəmanı Saruhan Hünəl də, bu filmdə rol alacaq.Məlumat üçün bildirək ki, “Acıtan yürek” filmin çəkilişlərini Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdirəcək.