Hürrəm Sultan qayıdır - FOTOLAR

DÜNYA
10:54 01.07.2013
1964

Tükənmişlik sindromu səbəbindən tez-tələsik Almaniyaya yola düşən aktrisa Məryəm Üzərli Türkiyəyə dönüş şərtlərini açıqlayıb.

AZXEBER.COM-un məlumatına görə, tükənmişlik sindromundan əziyyət çəkdiyinə görə, bir müddət əvvəl Almaniyaya qayıdan aktrisa, “Muhteşem Yüzyıl” teleserialının “Hürrəm Sultan”-ı Məryəm Üzərlinin serialdan istədiyi məbləği ala bilmədiyinə görə getdiyi deyilir. İndi isə uzun müddətdir ki, səs-sorağı çıxmayan M.Üzərliyə təkliflər dalbadal edilməkdədir.Sentyabr ayında başlayacaq seriallar mövsümünə hazırlaşan prodüser firmaları layihələrində iştirak etmək üçün aktrisanı yola gətirməyə çalışırlar. Lakin Türkiyəyə qayıtmaq üçün gözəl aktrisanın müəyyən şərtləri olduğu məlum olub. Onun ən mühüm şərti təbii ki, alacağı məbləğlə bağlıdır. “Muhteşem Yüzyıl”-dan hər bölüm üçün 12 min 500 Avro qazanan Məryəm Üzərli indi hər bölüm üçün 25 min Avro istəyir. Onun digər şərti isə həftədə yalnız 4 gün işləməkdən ibarətdir.Gözəl aktrisa bundan əlavə, hər mövsümdə 20 seriyadan artıq çəkilməyəcəyini də qeyd edib.

Bundan əlavə, Məryəm Üzərlinin yeni seriallardan birində Kıvanç Tatlıtuğla tərəf müqabili ola biləcəyi də deyilir.

OXŞAR XƏBƏRLƏR