ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,dünyanın ən məşhur mahnı müsabiqələrindən biri olan "X-Factor"un münsiflər heyətində yer almaqla bağlı təklifi qəbul edən aktrisanın qarşısını dünyaya gələcək körpəsi kəsib.Belə ki, yarışmanın başlanması 2014-cü ilin ilk rübü üçün nəzərdə tutulsa da, bu tarix 2013-cü ilin dekabrı ilə əvəz olunub. Bu isə hamilə olan və yanvarda ana olacaq Məryəmin layihədən kənarda qalmasına səbəb olub. Müqaviləyə əsasən Məryəm Üzərli "X-Factor"un hər hissəsində 30 min avro qazanacaqdı.Qeyd edək ki, "X-Faktor"un xarici versiyalarında Britni Spirs, Nikol, Erzinger, Keti Perri və s.məşhurlar müsiflər heyəti kürsüsündə oturublar. Qonararı 2 milyon lirə olan layihənin Türkiyə versiyasında isə bu günə qədər müğənni Gülşən və Mustafa Ceceli yer alıblar.