Bir necə həftə sonra Sultanın ölümü reallaşacaq
Türkiyənin məşhur “Muhteşem yüzyıl” serialında Şahzadə Mustafa və Şahzadə Cihangirin ölümündən sonra Hürrəm Sultanın da ölüm tarixi məlum olub.
Anspress-in məlumatına görə, “Kanaltürk” kanalında verilişlərin birində filmin növbəti serialında baş verənlər barədə məlumat verilib.
Bildirilib ki, Hürrəm Sultan 7 həftə sonra 134-cü bölümdə öləcək.
Qeyd edək ki, hazırda “Muhteşem yüzyıl” serialının 127-ci bölümdədir.
Tarixi faktlara görə, Hürrəm Sultan 18 aprel 1558-ci ildə vəfat edib. O, Süleymaniyyə məscidindəki, Cənnət bağı rəsmini əks etdirən, incə İznik kirəmitindən tikilmiş türbədə dəfn olunub. Onun türbəsi Süleymanın türbəsiylə bitişikdir.






