Azərbaycanda da maraqla izlənən, Osmanlı padşahı Sultan Süleyman Qanuni və onun eşq həyatından bəhs edən "Muhteşem yüzyıl" serialının yeni seriyasının anonsu yayılıb. Yeni seriyada tamaşaçıları sürprizlər gözləyir. Ötən seriyada Hürrəmin zəhərlədiyi, lakin ölməyən şahzadə İsabella Gül ağa və Nigar kalfa tərəfindən qaçırılaraq bir otaqda saxlanılır. Sultan Süleymanın İsabellanın vəziyyətindən xəbəri olacaqmı? Hamı İsabellanın gəmi ilə qaçdığını düşünərkən Qanuninin planı nədir?Hürrəm qızına onun yolunda duran hər kəsdən necə qurtulacağını anladarkən Validə Sultan onun danışdıqlarını eşidəcək. Hamını öldürməyə çalışan Hürrəm bu dəfə özü ölüm qorxusu ilə üzləşəcək. İbrahim Paşanın vəziyyətini bəyənməyən Sultan Süleyman Qanuni Malkoçoğlu Bali bəyə vəzifə verəcək.