"Hürriyyət": “Türkiyədə prezident seçkiləri ilk turda Ərdoğanın qələbəsi ilə başa çatacaq”

"Hürriyyət": “Türkiyədə prezident seçkiləri ilk turda Ərdoğanın qələbəsi ilə başa çatacaq”
DÜNYA
15:15 09.05.2023
211
Türkiyədə prezident seçkiləri ilk turda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə başa çatacaq, seçkilərdə seçicilərin 90%-dən çoxu iştirak edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə çərşənbə axşamı "Hürriyyət” qəzeti son keçirilən, lakin MSK-nın qadağası səbəbindən dərc olunmayan sorğunun məlumatlarına istinadən yazıb.

"Prezident seçkiləri yekun mərhələyə qədəm qoyarkən Ərdoğan və Kılıçdaroğluna səsvermədə maraqlı hadisələr yaşanır. Qadağaya görə, sorğunun nəticələri açıqlanmır... Amma sorğular aparılır. Son dərc olunmamış sorğularda ön plana aşağıdakılar çıxır: - seçkilərdə rekord sayda seçici iştirak edəcək, seçkilər ilk turda bitəcək, Ərdoğan birinci turda seçkiləri qazanacaq, Kılıçdaroğlu səs toplamaqda davam edir”, - qəzet yazıb.

Amma sorğuların kimin tərəfindən keçirildiyi, namizədlərə verilən dəstəyin dəqiq səviyyələri barədə heç bir məlumat yoxdur.

Nəşr sorğulara istinad edərək yazıb ki, Türkiyədə seçici fəallığı 85%-dən aşağı düşməyəcək və bu, Qərb ölkələrindəki seçkilərdən xeyli yüksəkdir. "Bu seçkidə seçici fəallığının 90%-i ötəcəyi gözlənilir”, - qəzetdə qeyd olunub.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğludur. Seçkilərdə həmçinin "Memleket” Partiyasının lideri Məhərrəm İncə və Ata ittifaqının namizədi Sinan Oğan da iştirak edir. Namizədlərdən heç biri 50 faiz səs qazana bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçirilməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər