Hüseyn Abdullayev istintaq təcridxanasına köçüldü

Hüseyn Abdullayev istintaq təcridxanasına köçüldü
SOSİAL
17:19 24.04.2018
4763
Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasına köçürülüb.

AZXEBER.COM-un report-a istinadən məlumatına görə, hazırda istintaqı davam etdirilən H.Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2 maddəsi üzrə (külli miqdarda vergidən yayınma) cinayət işi başlanılıb. "İnterpol” xətti ilə axtarışda olan "Quska” ləqəbli H.Abdullayev Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya olunub.
OXŞAR XƏBƏRLƏR