Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı modern.az saytının "Əsas peşə” layihəsi çərçivəsində sualları cavablandırarkən keçmiş həmkarı Hüseyn Abdullayevlə aralarında olan dava barəsində danışıb. F.Ağamalı cavabında başqa deputatların da ünvanına birmənalı qarşılanmayacaq mövqe nümayiş etdirib.
AZXEBER.COM F.Ağamalının həmin fikirlərini olduğu kimi diqqətinizə çatdırır:
-Çox qürurluyam. Eyni zamanda şəxsiyyətimə hörmət edən insanam. Hüseyn Abdullayev özünü o zaman çox fərqli apardı. Etikadan kənar sözlər işlətdi. O söyüşləri yemək mümkün deyildi. O söyüşləri yeyən gərək gedib özünü Xəzər dənizinə ataydı. Mənsə Xəzər dənizinə getmədim və onun cavabını verdim.
O, üzr istədi. Mən də anasının göz yaşlarına, Hüseyn Abdullayevin cavanlığına bağışladım hər şeyi. Əslində onun parlamentdəki aqressivliyi təkcə mənə qarşı deyildi. Digər həmkarlarını da hədəfə almışdı. Lakin onlar onun söyüşlərini yeməyi bacardı. Mənsə yox.