Hüseyn Abdullayevin növbəti məhkəməsi baş tutub

Hüseyn Abdullayevin növbəti məhkəməsi baş tutub
SİYASƏT
17:20 23.07.2019
3355
Bu gün Bakı Hərbi Məhkəməsində "Quska” ləqəbli iş adamı və bəstəkara Hüseyn Abdullayevin məhkəməsi keçirilib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses təxirə düşüb.

İyulun 23-də keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub. Həmin məhkəmə iclası günü dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəyib.

Bugünkü iclasda ittihamçının "Quska”ya, onun anasına və digər təqsirləndirilənlərə cəza istəyəcəyi gözlənilirdi. Lakin proses baş tutmadığı üçün cəzanın istənilməsi növbəti iclasa qalıb.

Məhkəmə avqustun 21-də davam etdiriləcək
OXŞAR XƏBƏRLƏR