Hüseyn Cavadzadə: 'Bu siyasətdən uzaq sırf sənət yarışmasıdır' - FOTOLAR

Hüseyn Cavadzadə:
09:32 07.02.2013
1118

Aprel ayının 8-10 tarixlərində Moldovanın paytaxtı Kişinev şəhərində Dünyanın ən böyük prodüser mərkəzlərindən olan MAXİMUM CONCERT COMPANY-nin təşkilatçılığı ilə WorldStar Contest musiqi festivalı keçırıləcək. Dünya mediasının və musiqi sferasının diqqət mərkəzində olacaq festivalda dünyanin 25 olkəsindən gənc ifaçılar çıxış edəcəklər. Azərbaycanı bu mötəbər musabiqədə kimin təmsil edəcəyi fevral ayının 20-sində bəlli olacaq. Bu barədə AZXEBER.COM-a məlumatında WorlStar Azərbaycanın direktoru Hüseyn Cavadzadə məlumat verib:

“Bizim bu yarişmada iştirakımız ilk dəfədir və bu siyasətdən uzaq sırf sənət yarışmasıdır. Bizi yarışmada təmsil edəcək iştirakçını da hələlik adlarını gizli saxladığımız münsiflər heyyəti seçəcək. Onu da qeyd edimki final mərhələsində də qalibi dünya ulduzlarından olan münsiflər təyin edəcək. İştirak etmək niyyətində olan gənclərimiz WorldStar Azərbaycanın rəsmi Facebook səhifəsinə və ya [email protected]/* */ ünvanına anketlərini yollaya bilərlər”.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR