AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Yasamal rayonu, Hüseyn Cavid prospektindən gedir. Zərurət yarandığı üçün yolun bir hissəsi nəqliyyat üçün tam bağlanıb.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, paytaxtda təmirə ehtiyac olan küçə və prospektlərdə işlər mərhələli qaydada həyata keçirilir. Hüseyn Cavid prospekti ilə yanaşı, onunla kəsişən, bitişən digər küçələrdə də asfalt örtüyünün yenilənməsi işləri görüləcək.
Ərazidə xidmət aparan yol polisi əməkdaşları isə tıxac yaranmasın deyə nəqliyyat axınını tənzimləyirlər. Sürücülərə həmin istiqamətdə hərəkət edərkən əvvəlcədən alternativ marşrut seçmələri tövsiyə olunur.











































