Hüseyn Cavidin Ev Muzeyi 'Şeyda' əsərini Avropa dillərində çap etdi

MƏDƏNİYYƏT
14:25 02.04.2013
1641

Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyinin və Bakı Slavyan Universitetinin birgə layihəsi əsasında H.Cavidin “Şeyda” əsəri 10 dilə (rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan) tərcümə edilib.Bu haqda AZXEBER.COM-a AMEA Hüseyn Cavidin Ev Muzeyinin Elmi katibi İlahə İbrahimova məlumat verib.

Kitaba AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı ön söz yazıb. Ön söz əsərin tərcümə edildiyi hər bir dilə tərcümə edilmişdir. Kitab 10 dildə işıq üzü görüb. 

Kitabın nəşrinə məsul şəxslər AMEA-nın m.ü. Kamal Abdulla, fil.ü.e.d. Gülbəniz Babaxanlıdır.

OXŞAR XƏBƏRLƏR