Hüseyn Dərya ilə birgə həbs olunan şəxs həbsxanada öldü

MAQAZİN
16:30 20.08.2014
1289
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb.Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsində) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilən, 1969-cu il təvəllüdlü Bəylər Qəmbərov səhhətində yaranan problemlərlə əlaqədar müalicə müəssisinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.Qeyd edək ki, B.Qəmbərov 2009-cu ildə mərhum reper Hüseyn Dərya ilə birgə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəylər Qəmbərov 7 il, Hüseyn Dərya 1 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR