Hüseyn Dəryanın uşaqlıq və əsgərlik - FOTOLARI

MAQAZİN
12:40 01.04.2014
2047
Mərhumun bu görüntüləri internet istifadəçiləri tərəfindən maraqla qarşılanıb
Məşhur reper Hüseyn Dəryanın ölümündən xeyli müddət keçməsinə baxmayaraq onun barəsində gedən söz-söhbət səngimək bilmir.
AZXEBER.COM-un məlumatına görə reperin uşaqlıq və əsgərlik fotoları sosial şəbəkədə paylaşılıb. Mərhumun bu görüntüləri internet istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Yüzlərlə sosial şəbəkə istifadəçisi həmin fotoları müzakirə ediblər.
Xatırladaq ki, Hüseyn Dərya martın 14-də axşam saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində avtomobil qəzasına uğrayıb. Repçinin idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılıb. 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən H.Dərya martın 15-də saat 13:00 radələrində vəfat edib.
OXŞAR XƏBƏRLƏR