Bloger Hüseyn Həsənov aylardır onu narahat edən qadını polisə şikayət edib.
AZXEBER.COM xəbər verir ki, onun sözlərinə görə qadın aylardır ona mesaj yazaraq ruhunun onun bədənində olduğunu iddia edir.
Bu gün qadın bıçaqla Hüseynin evinə hücum çəkib.
O qadını polisə təhvil verib:
"Aylardır ki, bir qadın mənə instaqramda yazır. Onu başa düşə bilmirəm. Bu gün isə evimə bıçaqla gəldi. Onu polsə təhvil verdim və həyatını məhv etməmək üçün üzünü örtməyə qərar verdim. Mənə deyir ki, sən özünə qız tapa bilmirsən, çünki sənin ruhun hələ də mənə bağlıdır. O, məndən başqa birini tapmağımı tələb edir və əgər bunu etməsəm, məni öldürməklə hədələyir. Mən onun kim olduğunu bilmirəm və bu uşaqlar üçün çox qorxuram, çünki bütün bunları görmək məcburiyyətində qalırlar. Əgər bunu onun qohumlarından biri oxuyursa və kim olduğunu başa düşürsə, zəhmət olmazsa, onu klinikaya göndərin. Ona kömək lazımdır".
Aysel