Hüseyn kişilərə səsləndi: "Xoşbəxtlik evin içindədir, xanımınıza dəyər verin"

Hüseyn kişilərə səsləndi: "Xoşbəxtlik evin içindədir, xanımınıza dəyər verin"
MAQAZİN
11:18 15.01.2024
220

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ARB televiziyasnın "O üz” verilişində qonaq olub.

AZXEBER.COM xəbər verir ki, hər zaman çıxışları ilə diqqət çəkən musiqiçi bu dəfə də maraqlı açıqlamalar edib.

"Atam ailəsindən çox dostlarını düşünürdü...”

"Mən atam qədər yaxşı musiqiçi olmasam da atamdan qat-qat yaxşı həyat yoldaşı və atayam. Vaxtımın çox hissəsini ailəmə və övladlarıma ayırıram. Amma atam həyatının çox hissəsini yalnız dostlarına ayırıb. Evdə hər şeyin ən yaxşısı atam üçün ayrılardı. Anama deyirəm sən nə mükəmməl həyat yoldaşı olmusan? İlk olaraq atamı düşünmüsən. Amma atam dünyasını dəyişəndə min nəfər dostundan üç nəfəri qaldı yanında”.

İkinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə quran musiqiçi, ailə dəyərlərindən danışıb:

"İnsan bəzən ona sadiq olan həyat yoldaşının qədrini bilmir. O xoşbəxtliyi kənarda axtarmaq istəyir. Hansı ki, bu sənin evinin içində var. Ona dəyər ver, heç vaxt xəyanət eləmə. Dəyər verməyib, qarşılıq gözləmək isə düzgün deyil. Xanımınıza dəyər verin”.

Aysel

OXŞAR XƏBƏRLƏR