Hüseyn Məhəmmədoğlu: "Mənim sənətim bahalıdır"

Hüseyn Məhəmmədoğlu: "Mənim sənətim bahalıdır"
MAQAZİN
10:33 07.11.2023
208
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Xəzər televiziyasında " İncə səhər” verilişində qonaq olub.

AZXEBER.COM xəbər verir ki, hər zaman açıqsözlülüyü və kəskin fikirləri ilə seçilən musiqiçi bahalı geyim geyinən həmkarlarına atmaca atıb.

Aparıcı Vüsalə Əlizadənin " geyimin neçə manatdır?” sualına Hüseyndən maraqlı açıqlama gəlib:

"Mən bahalı geyim almıram. Alsam da verilişə çıxıb onun qiymətindən danışmıram. Əsas odur ki, mənim sənətim bahalıdır. Çıxıb paltarının bahalı qiymətindən danışanlar, ucuz sənəti olanlardır. Çünki puldan başqa danışacaq bir şeyləri yoxdur. Mən cəmiyyətdə qıcıq yaradan şeyləri elmirəm. Bu sənətdə mən mən demək olmaz”.

Aysel
OXŞAR XƏBƏRLƏR