Hüseyndən ikinci həyat yoldaşı ilə bağlı efirlərə qadağa: Bir də heç kim...

MAQAZİN
13:03 15.01.2022
2743
"Mən verilişinizdə ilk dəfəyəm, Aysel xanım amma sizdə qonaq olub. Buradan bir söz demək istəyirəm: Dostlarımız (digər verilişlərin aparıcıları - red.) bizdən inciməsin, bizi bərabər heç bir verilişə dəvət etməyin". 

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bunu müğənni, aktrisa olan Aysellə ikinci dəfə ailə həyatı quran məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu həyat yoldaşı ilə birgə təşrif buyurduğu "Zaurla Günaydın" verilişində deyib.
 
Hüseyn bu verilişdən başqa heç bir efirə Aysellə birgə çıxmayacağını bildirib:

"Biz yalnız Zaurun bu veriilişinə bərabər çıxacağıq. Bundan sonra da əgər nə vaxt dəvət etsəniz, yalnız bu verilişə Aysellə birgə gələcəyəm. Buna görə də heç bir aparıcı dostlarımız inciməsin, biz başqa heç bir verilişə getməyəcəyik".

Xatırladaq ki, klarnet ifaçısı iki qızının anası İnci ilə 2020-ci ildən yollarını ayırıb.

OXŞAR XƏBƏRLƏR