Hüseyni girov götürən “İŞİD”çi ilə bağlı yeni - Faktlar - fotolar

SOSİAL
17:56 11.05.2016
13248
Uşaq oğurluğunda ittiham edilən Elnur Məmmədov Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. Valideynlərinin bildirdiyinə görə, E.Məmmədov ehtiyatda olan leytenantdır.
Uşaq oğurluğunda ittiham edilən E.Məmmədovun anası Şərqiyyə Məmmədova əməkdaşımıza bildirib ki, oğlunun İŞİD-çi olması haqda yayılan xəbərlər yalandır.
`Oğlum İŞİD-çi deyil. O, hədə-qorxu gəlmək üçün özünü İŞİD-çi kimi təqdim edib. Elnur heç vaxt namaz qılmayıb, saqqal saxlamayıb. Onun İŞİD-lə heç bir əlaqəsi ola bilməz. Oğlum İŞİD-çi olsaydı, özümü öldürərdim`-deyə Ş.Məmmədova bildirib.
Onun sözlərinə görə, oğlu E.Məmmədov borcu olduğuna görə, bu addımı atıb.
`Elnurun Topaz-a borcu var idi. Bir dəfə Topaz-a 15 min manat pul uduzmuşdu. Bundan əlavə o, iki nəfərdən işə düzəltmək adı iə pul alıb. Həmin şəxslər pullarını tələbə edirdilər. Elnur bəlkə də buna görə, Hüseyni qaçıraraq pul tələb edib`.
Şərqiyyə Məmmədova bildirib ki, oğlu cinayəti tək törətməyib, Hüseyni Elnurla yanaşı 3 nəfər qaçırıb:`Onların biri qızdır. Hüseyni qız aldadıb, yanına çağırıb. Elnur bu işi tək görməyib. Onunla birlikdə 2 nəfər də olub`.
Anasının bildirdiyinə görə, E.Məmmədov bu hadisəyədək nazirliklərdən birində mühafizəçi işləyib.
Əldə edilən digər məlumata görə, 8 yaşlı uşağı qaçıran Elnur Məmmədovun atası Kəlbəcərdə girov götürülən Şabhaz Quliyevin bibisi oğludur.
Azvision.az

OXŞAR XƏBƏRLƏR