‘Hüseynin 40 mərasiminin keçirilməsinə nə köməklik edə bilərəm ki?’ - Cavanşir Məmmədov

MAQAZİN
13:22 10.04.2014
3480

“O həyatda olanda da, rəhmətə gedəndə də mən öz köməkliyimi göstərmişəm”.

Bu sözəri AZXEBER.COM-a açıqlamasında müğənni Cavanşir Məmmədov Hüseyn Dəryanın 40 mərasiminin keçirilməsi üçün lazımi maddi vəsaitin toplanmaması ilə bağlı sualı cavablandırarkən belə deyib. C.Məmmədov vaxtında ona köməklik etdiyini və rəhmətə gedəndən sonra da köməkliyini əsirgəmədiyini deyib:

“Mən şou-biznesdəkilərdən deyiləm. Bəziləri kimi ikiüzlü də deyiləm. Hüseynin yerini heç kəs doldura bilməz. O yaxşı oğlan idi. O həyatda olanda da, rəhmətə gedəndə də köməklik etmişəm. Yas mərasimində də iştirak etmişəm. Amma bir kişi müğənniyə yas mərasimində rast gəlmədim. Çoxu qadınlar idi”.

C.Məmmədov Hüseyn Dəryanın 40 mərasiminə lazım olsa köməklik edəcəyini də deyib:

“Qaldıki, mən Hüseynin 40 mərasiminin keçirilməsinə nə köməklik edə bilərəm ki? Əgər ehtiyyac olsa etməyə çalışaram ”.

Qeyd edək ki, mərhumun 40 mərasiminin keçirilməsinə cəmi 50 manat maddi vəsait yığılıb.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR