"SEHAP-ın törəməsi olan "Hüseyniyyun” terror təşkilatı İran mediasına verdiyi müsahibədə 2018-ci ildə Gəncə hadisələrini öz üzərinə götürüb".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva deyib.
O daha sonra əlavə edib ki, Hüseyniyyun terror təşkilatı Azərbaycanda terror aktına hazırlaşır:
"Müsahibədən o da aydın olur ki, Hüseyniyyun terror təşkilatı Azərbaycanda daha geniş terror hadisəsinə hazırlaşır. 2018-ci ildə Gəncə hadisələrini cəmiyyətə sosial əsaslarda spontan baş vermiş hadisə kimu təqdim edənlər vardı. Bir sıra hüquq müdafiəçiləri, media təsisatları, siyasilər, ekspertlər və s. Yunus Səfərovu qəhrəman, siyasi məhbus kimi təqdim edirdilər. İndi çıxsınlar cəmiyyətə izah versinlər ki , onları Hüseyniyyunla nə bağlayır?