İsrail və HƏMAS arasında qarşıdurmalar davam edərkən, Yəməndəki husilər Qırmızı dənizdə fəaliyyətlərini artırırlar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranın dəstəklədiyi qrup dənizdə təhlükəsizlik üçün missiya qurarkən ABŞ hərbi gəmilərini vurmaqla hədələyib.
Yəməndəki husilərin lideri Əbdül Malik əl-Husi "Qırmızı dənizdə hər hansı bir gərginliyə” cavab olaraq ABŞ hərbi gəmilərini hədəf alacaqlarını bildirib.
İranın dəstəklədiyi qruplaşmanın lideri Əbd əl-Malik əl-Husi televiziya çıxışında ABŞ-nin gərginliyi artırmaq və ya Yəməni hədəfə almaq meyli qarşısında səssiz qalmayacaqlarını bildirib.
Ayşən