Husilər Britaniyanın daha bir tankerini raketlə vurub

Husilər Britaniyanın daha bir tankerini raketlə vurub
DÜNYA
13:42 17.02.2024
156
Yəməndə husilərin "Ənsar Allah” hərəkatı Qırmızı dənizdə Böyük Britaniyanın neft tankerinə raket zərbəsi endirib.

Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

"Yəmən donanması Qırmızı dənizdə Britaniya neft tankeri "Pollux”a qarşı əməliyyat keçirib və ona çox sayda gəmi əleyhinə raketlə hücum edib. Zərbələr birbaşa və dəqiq olub”, - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl də husilər Qırmızı dənizdə Böyük Britaniya məxsus bir neçə tankeri vurub.
 
///Report
OXŞAR XƏBƏRLƏR