Husilər İsraildə bir sıra obyektlərə, o cümlədən Təl-Əvivdəki Ben Qurion hava limanına və Eylat yaxınlığındakı Ramon hava limanına pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, husilərin pilotsuz aviasiyası ardıcıl iki gündür hərbi əməliyyatlar aparır.
"Son hücum zamanı onlar Ben Qurion və Ramon hava limanlarını, eləcə də Dimonadakı mühüm obyekti üç pilotsuz uçuş aparatından istifadə edərək vurublar", - Sariya bildirib.
Rəsmi İsrail strukturları hələlik bu bəyanatı şərh etməyiblər.
/report