Husilər Qırmızı dənizdə Yəmənin bütün adalarını nəzarətə götürüblər

Husilər Qırmızı dənizdə Yəmənin bütün adalarını nəzarətə götürüblər
DÜNYA
03:22 11.09.2026
59
Yəmənin şimalında hakimiyyətdə olan "Ənsar Allah" (husilər) hərəkatının tərəfində vuruşan hərbi qüvvələr hökumətyönlü ordu ilə döyüşlərdən sonra Məxa şəhərini və Qırmızı dənizdəki bütün Yəmən adalarını nəzarətə götürüblər.

Bu barədə "Ənsar Allah"ın siyasi bürosunun üzvü Xuzam əl-Əsəd "RİA Novosti"yə bildirib.

"Məxa şəhəri, eləcə də Bab əl-Məndəb boğazındakı Perim adası, Taiz əyalətinin Bab əl-Məndəb dairəsi və Qırmızı dənizdəki bütün Yəmən adaları qüvvələrimiz tərəfindən tam nəzarətə götürülüb", - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR