Husilər Qırmızı dənizdə yunan gəmisini vurdu

Husilər Qırmızı dənizdə yunan gəmisini vurdu
DÜNYA
12:49 13.06.2024
105
Husilər Qırmızı dənizdə yunan şirkətinə məxsus gəmini vurub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniya Kral Donanmasının Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları şirkəti açıqlama yayıb.

Şirkət gəminin əvvəlcə pilotsuz təyyarə, ikinci dəfə isə raketlə vurulduğunu və hərbi səlahiyyətlilərin gəmiyə yardım etdiyini bildirib.  

Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husilərə hücum edərək 3 gəmi əleyhinə qanadlı raket (ASCM) buraxılış qurğusu və bir pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. 

"Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Yəmənin husilərin nəzarətində olan bölgəsində üç gəmi əleyhinə qanadlı raket (ASCM) buraxılış qurğusunu və husilərin nəzarətində olan bir pilotsuz uçuş sistemini (UAS) uğurla məhv edib", - CENTCOM-un bəyanatında deyilir.

Qeyd edək ki, İranın dəstəklədiyi Husilər tez-tez İsrailə qarşı Fələstinə dəstək məqsədilə Qırmızı dənizdəki gəmilərə hücumlar təşkil edir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR